Azərbaycana qanunsuz 92 ədəd mobil telefon gətirilməsinin qarşısı alınıb

14:59 - 3 İyul 2018 - Xəbər

Azərbaycana çay axını ilə qanunsuz mobil telefon gətirilməsinin qarşısı alınıb. 

Ucnoqta.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, son zamanlar dövlət sərhədindən buraxılış mən­tə­qə­lərin­də sərhəd və gömrük nəzarətinin gücləndirilməsi nəticə­sində qa­çaq­malı ölkə ərazisinə gətirə bilməyənlər öz məq­səd­lərinə çat­maq üçün müxtəlif üsul və metodlara əl atırlar.
Belə ki, iyunun 29-da DSX əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində külli miqdarda mobil telefonun ölkə əra­­zi­sinə qanunsuz yolla dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rin­dən kənar gətirilməsinin qarşısı alınıb. Həmin tarixdə saat 23:50 radələrində Gürcüstan ilə dövlət sərhədində Şəmkir sərhəd dəstə­sinin xidməti ərazisində Ehram çayında 1 ədəd qara sellofana sarılmış ağ rəngli çəlləyin çayın axını ilə ərazimizə daxil olması müşahidə edilib. Sərhəd naryadı tərəfindən sudan çıxarılmış həmin çəlləkdə ümu­mi dəyəri, təqribən, 4500 manat təşkil edən 92 ədəd “X-nova” markalı mobil telefon aşkar olunub.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər xətti