Xəbərdarlıq: Günəş şüalarının təsiri altında uzun müddət olmaq risklidir

14:15 - 3 İyul 2018 - Xəbər

Bu gün ölkə ərazisində anomal isti hava şəraiti  davam edir.

Ucnoqta.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik.
Anomal isti hava şəraiti iyulun 04-də  də davam edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39-41, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində 40-44, dağlıq rayonlarda isə 27-32 dərəcə isti təşkil edəcək.

Xəbər xətti