Ölkə ərazisində işıqların sönməsinin səbəbi Açıqlandı- Yenilənib
01:53 - 3 İyul 2018 - Xəbər
Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İES-nin yarımstansiyasında partlayış nəticəsində yanğın baş verib.
Baş vermiş partlayış və ardınca başlayan yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları əraziyə cəlb olunub.
Hadisə bloklardan birində baş verib. Qəza yerinə təcili tibbi yarım xidməti əməkdaşları da gedib. Hazırda ölən və ya yaralananların olması barədə məlumat yoxdur.
Stansiya ərazisinə xidməti maşınlardan başqa heç kim buraxılmır.report
01:40
Paytaxt Bakıda və respublikanın əksər digər şəhər və rayonlarında işıqlarının sönməsinə gətirib çıxaran qəzanın ilkin səbəbi açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, "Azərenerji" ASC-dən "Report"a verilən məlumata görə, "Azərbaycan" İES-in tərkibinə daxil olan yarımstansiyalardan birində qəzanın baş verməsinə son günlər havaların kəskin isti keçməsi səbəb olub.
Bildirilir ki, qəza yarımstansiyanın soyutma sistemlərində yaranan nasazlıqla əlaqədardır. Havaların kəskin isti keməsi həmin soyutma sistemlərinin fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə qəza baş verib.
Qarşıdakı bir neçə saat ərzində elektrik erjisinin verilişi bərpa olunacaq.