Rəfail Becanov BMAM -ın Fəxri Fərmanına layiq görüldü

12:00 - 2 İyul 2018 - Xəbər

İyulun 2-də Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda 2018 -ci ilin 1 -ci yarısında BMAM -ın gördüyü işlər və həyata keçirdiyi vacib layihələr  ətraflı müzakirə edilib . Ölkəmizin beynəlxalq imicinin dahada gücləndirilməsi istiqamətində Vətəndaş Cəmiyyətinin üzərinə düşən vəzifələr və  2018 -ci ilin 2 -ci yarısında BMAM -ın fəaliyyət planı müzakirə olunaraq , təsdiqlənib . İclasda eyni zamanda , Mərkəzin eksperti  Rəfail Becanov Azərbaycan Vətəndaş Cəmiyyəti qarşısındakı  xidmətlərinə görə BMAM -ın Fəxri Fərmanına layiq görülüb .

Xəbər xətti