“Əminəm ki, Fransanın Messi üçün bir planı var” - Sampaoli
10:36 - 30 İyun 2018 - Xəbər
DÇ-2018-in 1/8 final mərhələsində bu gün Fransa ilə qarşılaşacaq Argentina millisinin baş məşqçisi jurnalistlərin suallarını cavablandırıb. Mütəxəssis komandanın matça hazırlığından danışıb.
Sampaoli həmçinin Lionel Messinin də durumuna aydınlıq gətirib: “Leo komandaya sadiqdir. Aydındır ki, o, pis nəticələrdən narahatdır. Messinin səviyyəsinə qalxmaq çətindir. O, hamımız üçün parlaq bir ulduzdur. O səviyyəyə yüksəlmək üçün futbolçular uğur qazanmalı, oynamalıdırlar. Bəzilərinə daha çox vaxt lazımdır. Leo hər şeyi aydın görür. Bəzən bizim üçün dahilərin görə biləcəyi şeyləri görməyimizə şərait yaradır. Bu gün Messiyə rahat hərəkət edə bilməsi üçün topu vaxtında çatdırmalıyıq. Əminəm ki, Fransa millisinin Messi üçün planı var. Amma bizim də planlarımız mövcuddur. Argentina kainatda ən yaxşı futbolçuya malikdir. Ancaq rəqibimiz üçün başqa futbolçularımız da var”.
Çalışdırıcı hələ start “11-liy”i müəyyənləşdirmədiyini də bildirib: “Dürüst olmaq lazımdırsa, kimlərin meydana çıxacağına qərar vermədim. Argentina millisində bir çox variant var. Xeyli sayda güclü futbolçulara malik komandayıq. Futbolçuların orta yaşını nəzərə almaqla hər şeyi diqqətdən keçirməliyik. Bunlar həlledici amillərdir. Biz imkanlarımız güvənirik. Psixoloji olaraq çox güclüyük. Meydana özümüzə güvənərək daxil olacağıq. Motivasiyamız ən yüksək səviyyədədir. Fransa millisində bir çox gənc oyunçular var. Onlar bu yaşda ulduzlara çevrilə biliblər”.
Qafqazinfo