Yevlaxda zəlzələ olub

09:09 - 30 İyun 2018 - Xəbər

Zəlzələnin maqnitudası 3,3 bal, zəlzələnin mərkəzi 31 kilometr dərinlikdə olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 04:54-də Mingəçevirdən 24 km cənubda, Yevlax rayonu ərazisində qeydə alınıb. Yeraltı təkanlar güclü hiss olunmayıb. Dağıntılar və xəsarət alan yoxdur.

Xəbər xətti