Bakı-Sumqayıt yolunda 1-ci mərhələ üzrə işlər yekunlaşır

16:24 - 29 İyun 2018 - Xəbər

 Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından Sabir körpüsünə qədər hissədə (Bakı-Sumqayıt yolunda) işlər yekunlaşır.

Ucnoqta.az xəbər verir ki. bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, sabahdan bu hissə istifadəyə verilir: "İstifadəyə verilən hissə sıxlığı aradan qaldıracaq. Həmin hissə istifadəyə verilməklə 20 Yanvar tuneli ilə hərəkət bərpa edilir. Bundan sonra sıxlıq aradan qaldırılacaq. Tam təmir işləri isə bir həftəyə yekunlaşacaq". 

Xəbər xətti