İyulun 1-dən ölkədə fəaliyyət göstərən müəssisələrə verilən gigiyenik sertifikatlar ləğv olunur

12:23 - 29 İyun 2018 - Xəbər

İyulun 1-dən ölkə ərazisində fəaliyyət göstərən müəssisələrə verilən gigiyenik sertifikatlar ləğv olunur.

Bunu mətbuat konfransında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, xaricdən gələn mallara da gigiyenik sertifikat verilməyəcək:
"İstər xaricdən gələn, istər ölkə ərazisində olan müəssisələrin istehsal etdiyi mal qida təhlükəsizliyinə görə qeydiyyata düşəcək və müəssisənin istehsal etdiyi mala görə qida təhlükəsizliyi sertifikatı alacaq. Bu beynəlxalq konvensiyaya uyğundur".trend

Xəbər xətti