Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı

11:22 - 29 İyun 2018 - Xəbər

Azərbaycanın ikinci “Azerspace-2/Intelsat 38” geostasionar peykinin yay üçün nəzərdə tutulan buraxılışı yenə təxirə salınıb.

Bu barədə peykin buraxılışı ilə məşğul “Arianespace” (Fransa) şirkəti bildirib.

Qeyd edək ki, daha əvvəl mayın 25-ə təyin olunmuş proses Hindistanın kosmik-tədqiqat təşkilatının "GSAT-11" peykində aparılan texniki yoxlamalarla əlaqədar yay aylarına keçirilmişdi. Peykin buraxılışının sentyabrın 1-ci həftəsi üçün planlaşdırıldığı qeyd olunur.

Qeyd edək ki, peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qviana Kosmik Mərkəzi) kosmodromundan "Ariane 5 ECA" raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.
"Ariane 5 ECA" raket daşıyıcısı Azərbaycanın peykindən başqa, eyni vaxtda orbitə Hindistanın "GSAT-11" rabitə peykini də çıxaracaq.

Azərbaycanın "Azerspace-2/Intelsat 38" peykinin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

Xəbər xətti