Sərhədçilər narkotik vasitələr yüklənmiş avtomobili saxlayıb: 2 nəfər tutulub

10:14 - 29 İyun 2018 - Xəbər

Dövlət Sərhəd Xidmət (DSX) əməkdaşlarının sayıqlığı və pe­şəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriy­yədən çıxarılması təmin olunub.

Ucnoqta.az xəbər verir ki, DSX-dan verilən məlumata görə, iyunun 28-də saat 03:15 radələrində sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Yar­dımlı-Masallı şosse yolunda DSX əməkdaşları tərə­findən şübhəli avtomobil müşahidə olunub. Avtomobil təqib olunaraq sürücü və sərnişinlərdən biri saxlanılıb, avtomobildə olan 1 nəfər digər şəxs qaçmağa müvəffəq olub.

Avtomobilə baxış zamanı 1 ədəd çantada 2 kq tiryək, 5 kq həşiş qətranı aşkar olunub. Saxlanılmış vətəndaşların şəxsiyyəti də­qiq­ləş­dirilib, onların Lənkəran rayon Liman qəsəbə sakini 1989-cu il tə­vəllüdlü Əkbərov Heydər Malik oğlu və Cəlilabad rayon Göytəpə qəsəbə sakini 1988-ci il təvəllüdlü Həsənov Babək Özbək oğlu olma­ları müəyyən edilib. Hadisə yerindən qaçmış 3-cü şəxsin axtarışı üzrə müvafiq tədbirlər həyata keçirilir.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbər xətti