Qubada zəlzələ olub

10:12 - 29 İyun 2018 - Xəbər

Qubada zəlzələ olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Belə ki, yerli vaxtla saat 09:23:04-də Quba ərazisində zəlzələ baş verib. Zəlzələ rayon mərkəzindən 19 km cənub-şərqdə qeydə alınıb.

Maqnitudası 3.0, dərinliyi 9 km olan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Xəbər xətti