Hamı bu videodan danışır - Ordu günü çəkilib- Video

12:27 - 27 İyun 2018 - Xəbər

CBC telekanalının əməkdaşı Elmira Musazadənin dünən Silahlı Qüvvələr gününün 100 illik yubileyi ilə bağlı hazırladığı reportaj birmənalı qarşılanmayıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vertolyot meydançasında stəndap edən xanım jurnalistin həyatı üçün təhlükəli anlar yaşanıb. Belə ki, vertolyotlardan biri Elmiranın yaxınlığından keçib.
Sözügedən reportaj sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub. Məsələyə jurnalistlər də qarışıb. Bir qisim istifadəçi jurnalisti cəsarətli adlandırsa da, əksər media nümayəndələri isə jurnalisti həyatını bilərəkdən təhlükəyə atdığına görə qeyri-peşəkar adlandırıb.

Qeyd olunub ki, bu kimi çəkilişlərə icazə verildiyi üçün həm kanal rəhbərliyi, həm də nazirlik əməkdaşları cavabdehlik daşıyır.

Xəbər xətti