Daha bir kəndə təbii qaz verilib

12:16 - 27 İyun 2018 - Xəbər

Sabirabad rayonunun Zəngənə kəndinə təbii qaz verilib.

Ucnoqta.az xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, 599 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7 318 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 96 747 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilmiş,mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Sabirabad rayonunun Yuxarı Axtaçı kəndində və Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcəkdir.

Xəbər xətti