Lerikdə gənc oğlan çayda boğulub

13:00 - 20 İyun 2018 - Xəbər

Lerik rayonunda gənc oğlan çayda boğulub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Lənkəran-lerik yolunun 25-ci kilometrliyində baş verib. Belə ki, Lerik rayon sakini, 27 yaşlı Ramin Məmmədov ailə üzvləri ilə birlikdə istirahət edərkən ehtiyyatsızlıqdan çaya yıxılaraq boğulub. Hadisə baş verən zaman ailə üzvləri orada olsalar da ona kömək edə bilməyiblər. Çayın suyu lilli olduğundan hələ ki, meyit aşkar olunmayıb. Hadisə yerinə polis əməkdaşları gəlib.

Axtarışların aparılması üçün FHN-nin dalğıc qrupu məlumatlandırılıb.

Xəbər xətti