Müdafiə naziri KİV-i əsgər ölümləri ilə bağlı məlumat yayarkən həssas olmağa çağırıb

12:02 - 20 İyun 2018 - Xəbər

"Hər bir əsgər ölümü olanda biz çox ciddi sarsıntı keçiririk. Hər bir əsgər həlak olanda araşdırma aparırıq. Araşdırma aparıldıqdan sonra məlum olur ki, əsgər şəhid olub və ya qeyri-döyüş şəraitində həlak olub".

Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. Zakir Həsənov bu səbəbdən mətbuat işçilərinin hadisə barədə məlumat verərəkən tələsməməyə, həssas olmağa çağırıb: "Gəlin, araşdırmanın nəticəsini gözləyək. Biz heç vaxt əsgər ölümlərini gizlətmirik. Sadəcə, tələskənliyə yol vermək olmaz".

Xəbər xətti