Əbülfəs Qarayev Qəbələdə vətəndaşları qəbul edəcək

18:30 - 20 İyun 2018 - Xəbər

Mədəniyyət naziri Əbülfəs Qarayev Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.

Ucnoqta.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, iyunun 22-də saat 11:00-da Heydər Əliyev adına Mədəniyyət Mərkəzində (28 may küçəsi, 40) baş tutacaq qəbulda Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşlar iştirak edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

 

Xəbər xətti