Ermənistana məxsus növbəti PUA məhv edilib- Foto
13:54 - 19 İyun 2018 - Xəbər
İyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.