Həyətində narkotik yetişdirən Ağdaş sakini tutulub
10:01 - 19 İyun 2018 - Xəbər
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, satışı və kultivasiyası ilə mübarizə tədbirləri davam etdirilir.
Ucnoqta.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Tofiq Məmmədov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsində olan istixanada aqrotexniki qaydada qulluq edilmiş ümumi çəkisi 12 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.