Yevda Abramov “Şöhrət” ordeni ilə təltif edilib
18:15 - 11 İyun 2018 - Xəbər
Prezident İlham Əliyev Yevda Abramovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Sasunoviç Abramov “Şöhrət” ordeni ilə təltif edilsin.