Xaçmazda 15 gün əvvəl yoxa çıxan qadının meyiti tapılıb

13:15 - 11 İyun 2018 - Xəbər

Xaçmaz rayonunda qətl hadisəsinin üstü açılıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bir neçə gün bundan öncə Xaçmaz şəhər sakinini öldürərək Əbilyatağı kəndi ərazisindən basdıran şəxslər saxlanılıb. Hüquq-mühafizə orqanlarının iştirakı ilə meyit basdırıldığı yerdən çıxarılıb və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Xəbər xətti