Prezident İlham Əliyev Moskvada DÇ-2018-in açılış mərasimində iştirak edəcək

13:03 - 11 İyun 2018 - Xəbər

Azərbaycan prezidenti Moskvada futbol üzrə dünya çempionatının açılışına qatılacaq

Azərbaycan prezidenti İlham Əliyev Moskvada futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak edəcək. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu barədə RİA "Novosti" Prezident Administrasiyasındakı mənbəyə istinadən xəbər yayıb.

Qeyd edək ki, dünya çempionatının açılış mərasimi iyunun 14-də “Lujniki” stadionunda keçiriləcək.
Açılış mərasimi Rusiya və Səudiyyə Ərəbistanı yığmalarının qarşılamasından öncə baş tutacaq.

 

Mərasiminə bir neçə ölkənin liderləri, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilir.

Xəbər xətti