Qəbələ sakinindən ov tüfəngi götürülüb

13:01 - 11 İyun 2018 - Xəbər

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Ucnoqta.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zarağan kənd sakini, əvvəllər məhkum olunmuş Cümşüd Mürsəlovun kənddə yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd, müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Xəbər xətti