Məryəm Uzerliyə dodaqlarını və üzünü təbii halına qaytarması barədə xəbərdarlıq edilib. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məryəm Uzerli 2011-2014-cü illər arasında “Möhtəşəm 100 il” adlı tarixi serialda Hürrəm Sultanı oynayarkən üzündə heç bir estetik əməliyyat yox idi.
Çünki prodüseri Teymur Savcı ekran işində estetik əməliyyat etdirmiş aktyor görmək istəmirdi. Məryəm Uzerli son 2 ildə göz altı, gicgah və dodaqlarına dolğu vurdurub. Amma onun gözəllik uğrunda etdiyi cəhdləri bəyənilməyib və kəskin tənqidə məruz qalıb.
Məlum olub ki, aktrisaya məşhur rejissorlardan biri "Çox təəssüf, üzünü düzəlt" deyə xəbərdarlıq edib. 34 yaşlı ulduz artıq hərəkətə keçib. O, üz və dodaqlarındakı dolğuları əritməyə qərar verib. Bunun üçün aktrisa yaxın günlərdə İstanbulda həkimlə görüşəcək və təbii halına qayıdacaq.