Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci il iyul ayının 7-də Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini qəbul edəcək.
Ucnoqta.az xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.