Səbaildə bayram konserti keçiriləcək

18:11 - 11 İyun 2018 - Xəbər

Səbail rayonunun Badamdar qəsəbəsində   möhtəşəm bayram  konserti keçiriləcəkdir

İcra hakimiyyətindən Ucnoqta.az-a verilən məlumata görə, Milli Qurtuluş Günü münasibəti ilə iyun ayının 13-ü saat 19-30-da Səbail rayonu Badamdar qəsəbəsindəki Heydər Əliyev Parkında Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin birgə təşkilatçılığı ilə   möhtəşəm bayram konserti təşkil olunacaq.

Azərbaycan estradasının tanınmış ulduzlarının iştiraki ilə keçiriləcək konsertdə xalq mahnıları, dünya və Azərbaycan bəstəkarlarının əsərləri ifa olunacaq, tədbir möhtəşəm atəşfəşanlıqla başa çatacaqdır.

Xəbər xətti