Gürcüstanda məktəbliləri ekskursiyaya aparan mikroavtobus dərəyə aşıb

14:44 - 9 İyun 2018 - Xəbər

4 nəfər ölüb, xeyli sayda yaralı var

 Gürcüstanda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb.  "Report" İMEDİ telekanalına istinadən xəbər verir ki, hadisə Kaxeti rayonunda Qombori aşırımında qeydə alınıb. 

Nəqliyyat vasitəsinin yoldan çıxaraq dərəyə aşması nəticəsində ikisi uşaq olmaqla, 4 nəfər ölüb, xeyli sayda yaralı var. 

Məktəblilər Kaxeti bölgəsinə ekskursiyaya gedirlərmiş.

Faktla bağlı cinayət işi açılıb. 

Xəbər xətti