GTMŞ-nin Baş katibi Rusiyada keçirilən beynəlxalq tədbirdə ekspert qismində iştirak edib

18:33 - 8 İyun 2018 - Xəbər

Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Məryəm  Məcidova Rusiya Federasiyasının Altay regionun Belokurixa şəhərində keçirilən "Həyat və inkişaf naminə könüllü təşəbbüsləri" mövzusunda II Beynəlxalq Konfransda ekspert qismində iştirak edib.

100-dən çox gəncin iştirakı ilə konfrans "X Beynəlxalq Gənclərin İdarəçilik Forumu" çərçivəsində baş tutub. Konfrans BMT Könüllüləri və BMT İnkişad Proqramı, Rusiya Federasiyası Milli Kadr Hazırlığı Fondu və Rusiya Federasiyası Könüllü Mərkəzləri Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilib. 

Tədbirin əsas məqsədi gənclərin könüllüllük bacarıqlarının inkişafı, beynəlxalq könüllülük təcrübələrin mübadiləsidir. Tədbirdə ilk dəfə MDB ərazisində könüllülük sahəsində əməkdaşlıq mexanizmi açıqlanıb.

Tədbirin 1-ci hissəsi panel müzakirələri ilə keçirilib. Konfrans çərçivəsində MDB ölkələrində könüllülük sahəsində əməkdaşlıq üçün yeni mexanizmlər müzakirə olunub və yeni ideyalar təklif olunub. Forumun 2-ci hissəsi MDB ölkələrində könüllülərin inkişaf strategiyası mövzusunda qruplarda iş aparılib. Qrup işinin sonunda 10 layihə ideyasıı təqdim olunub və onların həyata keçirilməsi barədə perspektivlərinin müzakirəsi baş tutub.Qeyd edək ki, Məryəm Məcidova ekspert qismində Azərbaycan gənclər siyasəti haqqında təqdimat edib. Təqdimatda Azərbaycanda formalaşdırılmış könüllülük hərəkatı və könüllülük hərəkatına dövlət dəstəyi haqqında danışılıb. 

Xatırladaq ki, ölkənin vahid gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.


Xəbər xətti