Bu gün AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçilir

09:52 - 8 İyun 2018 - Xəbər

Bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilir. Yığıncaq AMEA Rəyasət Heyətinin beşillik və 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunub. Yığıncaqda Rəyasət Heyətinin elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək, o cümlədən Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatları təqdim ediləcək. Bu yığıncaqda AMEA-nın prezidenti və vitse-prezidentləri vəzifələrinə seçki keçiriləcək və Rəyasət Heyətinin yeni üzvləri müəyyənləşdiriləcək. Xatırladaq ki, hazırda AMEA prezidenti akademik Akif Əlizadədir. O, bu vəzifəyə 2013-cü ildə seçilib. Akademiyanın vitse-prezidentləri isə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyevdir.trend

Xəbər xətti