Nikol Paşinyan: "Azərbaycan prezidenti ilə danışıqlara hazıram"

17:25 - 7 İyun 2018 - Xəbər

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu bəyan edib.   APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə o, Ermənistan parlamentinin xüsusi iclasında çıxışı zamanı deyib.   N. Paşinyan yenidən Dağlıq Qarabağın tərəf kimi danışıqlarda iştirak etməli olduğunu vurğulayıb: “Mən Minsk qrupu çərçivəsində Azərbaycan prezidenti ilə danışıqlara hazıram. Lakin ona qədər danışıqların effektli olması üçün hər şeyi etmək lazımdır”.

Xəbər xətti