Qaxda zəlzələ zamanı xəsarət alanlardan biri Bakıya göndərilib

18:13 - 6 İyun 2018 - Xəbər

Qax rayonunda zəlzələ zamanı xəsarət alanlardan biri müalicə məqsədilə Bakıya göndərilib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, iyunun 5-də axşam saatlarında Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində üç nəfər xəsarət alıb.  Qax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Qax şəhər sakini, 2004-cü il təvəllüdlü Güllər Səbuhi qızı Durmuşzadə zəlzələ zamanı evdə yıxılaraq ayağını sındırıb. 14 yaşlı qızın ayağına gips qoyulub və evə buraxılıb. Digər yaralılar isə rayonun Tasmalı kənd sakinləri olub. 1977-ci il təvəllüdlü Vüsalə Musa qızı Musayeva sol bazunun, həmkəndlisi 1958-ci il təvəllüdlü Rafiq Cuma oğlu Kazımov isə sağ bazunun sınığı diaqnozu ilə xəstəxanaya daxil olub. 60 yaşlı Rafiq Kazımov müalicə üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Xəbər xətti