Bu vaxta qədər Azərbaycan vətəndaşları DÇ-2018 üçün 500 bilet alıb

15:53 - 6 İyun 2018 - Xəbər

Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatı üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı müəyyənləşib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq FİFA-nın Mətbuat xidmətindən məlumat verilib. Rəsmi açıqlamada bildirilir ki, ölkə vətəndaşları indiyədək ali futbol qurumundan 500 bilet əldə edib. Lakin bilet satışı iyulun 15-dək davam edəcəyindən, bu rəqəm dəyişə bilər.

Qeyd edək ki, DÇ-2018 iyunun 14-də start götürəcək. Mundialın oyunları Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. 

Xəbər xətti