Qaxda zəlzələ nəticəsində bir neçə məktəbə ziyan dəyib

13:19 - 6 İyun 2018 - Xəbər

Qax rayonunda dünən baş vermiş zəlzələ ilə bağlı bir neçə məktəbə ziyan dəyib.

Ucnoqta.az xəbər verir ki, Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, zəlzələ Marsan kənd tam orta məktəbinə daha çox zərər yetirib: “Belə ki məktəbin binasında əvvəlki zəlzələdə də iri çatlar əmələ gəldiyindən tədris prosesində binanın bir hissəsindən istifadə olunmurdu. İndi digər hissələrdə də daha dərin çatlar əmələ gəlib”.

Rayonun Qaxbaş kənd 1 nömrəli tam orta, Fıstıqlı, Qaradolaq, Çinarlı kənd ümumi orta məktəblərində və Uşaq Gənclər İnkişaf Mərkəzinin binasının divarlarında xırda çatlar əmələ gəlib. Adı çəkilən bütün müəssisələrdə dərs prosesi davam edir.

Xəbər xətti