Miqrasiya qanunvericiliyinin tələblərini pozan əcnəbilər saxlanılıb

15:00 - 5 İyun 2018 - Xəbər

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 6-sı Pakistan, 6-sı Türkiyə, 2-si Moldova və 1-i Filippin və­­tən­da­şı ol­maq­la, ümu­mi­lik­də 15 nəfər əcnəbi sax­­­la­nıl­ıb. Bu barədə "Report"a DMX-dən məlumat verilib. Saxlanılmış Pakistan və Moldova vətəndaşlarının Azərbaycan Res­pub­li­ka­­sı­nın əra­zi­sin­də qanunsuz əmək fəaliyyəti (səyyar ticarət) ilə məşğul ol­duq­ları məlum olub. Türkiyə və Filippin vətəndaşlarının isə ölkədə miqrasiya (olma və yaşama) qay­da­larını poz­duqları müəyyən edilib. Saxlanılan əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunub və barələrində qərarlar qəbul edilib. DMX qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zə çər­çi­və­­sində tədbirləri davam etdirir. 

Xəbər xətti