Məşhur aktrisaya əxlaqsız təklif - “1 milyon dollar...”
13:37 - 5 İyun 2018 - MAQAZİN
Türkiyənin tanınmış aktrisası Özge Borak ona edilən əxlaqsız təklifi sosial şəbəkə hesabında ifşa edib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, özünü azərbaycanlı iş adamı kimi təqdim şəxs instagram hesabından aktrisaya onunla bir gecə keçirməsi qarşılığında 1 milyon dollar təklif edib. İstifadəçi “Moskvada yaşayıram. Səninlə bir gecəyə bir milyon dollar... Hesabını söylə, pulu dərhal hesabına yatırım” deyə Boraka mesaj yazıb.
Aktrisa isə instagram hesabından adını açıqlamadığı istifadəçini belə ifşa edib: “Çox izləyici mesajını paylaşan biri deyiləm. Ya çox gülməli, ya da maraqlıdırsa paylaşaram. Qadın və ya kişi fərq etməz. Hər kəsə olmasa da, bəzilərinə cavab verməyə çalışıram. Sevgi mesajları da çox olur. Sağ olun. Məncə çoxu həddində olur və hörmətsizlik daşımır. Amma bu hədsizliyə nə deyəcəyimi bilmədim. Ən yaxşısı bunu deyim; Biz onun serialını çəkdik, canım”.
Özgə iş adamının adını nədən açıqlamamasına isə belə aydınlıq gətirib: “Buna gərək yoxdur. Özünü ciddi insan hesab etməsin. Həmin an əsəbiləşdiyim üçün belə bir addım atdım”.
Qeyd edək ki, aktrisa son olaraq "İstanbullu gəlin" serialı ilə izləyici qarşısına çıxmışdı.