Nardaran sakini silahını polisə təhvil verib
12:11 - 5 İyun 2018 - Xəbər
Nardaran sakini sənədləri olmayan silahını polisə təhvil verib.
Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin rəsmi saytında verilmiş məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbəsində yaşayan Elçin Cəbrayılov müvafiq sənədləri olmayan nömrəsi silinən “İJ-54” markalı ov tüfəngini 42-ci Polis Bölməsinə təhvil verib.