İqtisadiyyat nazirinə iki müavin təyin edilib
17:54 - 2 İyun 2018 - Xəbər
İqtisadiyyat naziri Şahin Mustafayevə iki müavin təyin edilib.
Yeni müavinlər Şirzad Abdullayev və Rüfət Məmmədovdur.
Qeyd edək ki, bu təyinata qədər Ş.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru, R.Məmmədov isə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsində çalışıb.
Report