Qida Təhlükəsizliyi Agentliyində YENİ TƏYİNAT

17:57 - 1 İyun 2018 - Xəbər

 

Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub.

Ucnoqta.az xəbər verir ki, Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən Trend-ə verilən məlumata görə, Elxan Mikayılov Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri təyin olunub. Bununla bağlı sədr Qoşqar Təhməzli əmr imzalayıb.

E.Mikayılov bundan öncə Prezident Adminstrasiyasının İqtisadi islahatların təhlili və planlaşdırılması sektorunun müdiri vəzifəsində çalışıb. Daha əvvəl isə bir sıra beynəlxalq layihələrdə, eləcə də İsveçərinin İqtisadi Məsələlər üzrə Dövlət Katibiliyində (SECO), İqtisadi Məsələlər üzrə Milli Proqram rəhbəri olub.

Xəbər xətti