Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək
Ucnoqta.az xəbər verir, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 02-də şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.