Hazırda DYP-də hadisənin səbəbləri araşdırılır
Bu gün Bakı-Qazax yolunun 79-cu km-də, Hacıqabul rayonu ərazisində baş vermiş yol qəzasında 18 nəfər yox, 1 nəfər xəsarət alıb. Ucnoqta.az xəbər verir ki. bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rüfət Quliyev məlumat verib. O bildirib ki, hadisə günorta saat 12.30 radələrində üzü Bakı istiqamətində baş verib. Eyni istiqamətdə hərəkətdə olan üç nəqliyyat vasitəsi toqquşub. “Kamaz” arxadan “Mercedes”, “Setra” markalı sərnişin avtobusu isə “Kamaz”a çırpılıb. Nəticədə 60 nəfərin olduğu avtobusda yalnız 1 nəfər – sürücü xəsarət alıb. Digər 18 nəfər isə stress və şok vəziyyətində olduğu üçün tibbi yardım göstərilib.
Hazırda hadisənin səbəbləri araşdırılır.