DSMF-nin binasında yanğın olub
14:40 - 1 İyun 2018 - Xəbər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub.
"Report"un xəbər verir ki, hadisə binanın 7-ci mərtəbəsində qeydə alınıb.
Həmin mərtəbədəki otaqlardan biri yanıb. Yanğın söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının səbəbləri araşdırılır.