Bakının mərkəzində 2 ağac kəsilib

16:19 - 30 May 2018 - Xəbər

Bakının mərkəzində 2 ağac kəsilib. Ucnoqta.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, quruma Səbail rayonu, İstiqlaliyyət küçəsi 71B ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub. Araşdırma aparılıb və əraziyə keçirilən baxış zamanı köküstə yaş 40 sm diametrliyində 2 ədəd göyrüş ağacının kəsildiyi və təbiətə 2400 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsinə məktub göndərilib.

Xəbər xətti