Estoniya prezidenti İlham Əliyevi təbrik edib

15:41 - 30 May 2018 - Xəbər

Estoniya Respublikasının Prezidenti xanım Kersti Kalyulayd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.  Təbrikdə deyilir:  "Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza ən xoş arzularımı və təbriklərimi çatdırıram. Arzu edirəm ki, qarşıdakı illər Sizin və ölkəniz üçün firavan və xoşbəxt illər olsun".

Xəbər xətti