İlham Əliyev Strahan Edvard Corc Dankanı “Dostluq” ordeni ilə təltif edib
18:13 - 29 May 2018 - Xəbər
Prezident İlham Əliyev Strahan Edvard Corc Dankanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə Strahan Edvard Corc Dankan “Dostluq” ordeni ilə təltif edilsin.