Bakıda 10 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilib

16:51 - 29 May 2018 - Xəbər

Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 10 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Ucnoqta.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, məqsəd, çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.

Mövsümi xarakterli dəyişikliyə əsasən, 01.06.2018 tarixindən:

-107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Buzovna” çimərliyinə;

-108A nömrəli marşrut xətti avtobuslar “Görədil” və “Fatmayı” bağlarına;

-141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin “Sahil” çimərliyinə qədər;

-171 nömrəli marşrut xətti üzrə avtobuslar Nardaran qəsəbəsi “See Breeze” istirahət mərkəzinə;

-172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Bilgəh” bağlarına;

-173 və 179 nömrəli marşrut xətti üzrə avtobuslar “Pirşağı” bağlarına və çimərliyinə qədər;

-185 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar “Qızılqum” sanatoriyasına qədər;

-189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhiş” bağlarına qədər;

- 210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə “Türkan”

bağlarına qədər fəaliyyət göstərəcək.

Xəbər xətti