QHT rəhbərləri milli geyimdə bayram yürüşü keçirib

16:15 - 29 May 2018 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələfin və Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirlinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan bayram tədbiri keçirilib. 

Ucnoqta.az xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Şurasından verilən məlumata görə, Mətbuat xidmətiMilli geyimdə  olan QHT sektorunun 50-dək xanım lideri əllərində Azərbaycan bayraqları tutaraq Fəvvarələr meydanı, dənizkənarı park, İstiqlaliyyət küçəsi və İçəri şəhərdə yürüş keçiriblər. Azərbaycan xalq mahnılarını ifa edən vətəndaş cəmiyyəti fəallarının bayram yürüşünə ətrafdakı şəxslər, xüsusi ilə xarici turistlər böyük maraq göstərib.

QHT rəhbərləri Natavan heykəli və Azərbaycan Xalq Cümhuriyyətinin xatirəsinə qoyulmuş abidənin önündə dövlət himnimizi ifa ediblər.


Xəbər xətti