Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır

15:41 - 29 May 2018 - Xəbər

Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkətin məhdudlaşdırılacağı ilə bağlı birgə məlumat yayıb.

Ucnoqta.az xəbər verir ki, AAYDA-dan verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq Əhməd Rəcəbli küçəsinin Təbriz və Fətəli xan Xoyski küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq. Məhdudlaşma bu gecə, 29-dan 30 may tarixinə keçən gecə tətbiq ediləcək.
Hərəkətin məhdudlaşdırılması Təbriz küçəsindən Fətəli xan Xoyski küçəsi istiqamətində  günlük tətbiq ediləcək. Əks istiqamət üzrə hərəkət məhdudlaşdırılması qeyd olunan hissədə işlər yekunlaşandan sonra baş tutacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Xəbər xətti