DİN: Ağsuda azyaşlı ehtiyatsızlıqdan anasını tüfənglə öldürüb

12:18 - 29 May 2018 - Xəbər

Daxili İşlər Nazirliyi Ağsuda azyaşlının anasını öldürməsi faktı ilə bağlı məlumat yayıb.

Ucnoqta.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, mayın 28-də Ağsu rayonunun Bico kəndində yaşayan Bəyalı İmamalıyevin evində azyaşlı oğlu Murad tüfənglə oynayarkən açılmış atəşdən anası Samirə boyun nahiyəsindən xəsarət alıb və hadisə yerində ölüb.
Ağsu RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən B.İmamalıyevə məxsus müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi, 4 ədəd patron və 1 giliz aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 
Araşdırma aparılır.

Xəbər xətti