Dövlət Baytarlıq Nəzarəti Xidmətinə yeni rəis təyin edilib

12:17 - 29 May 2018 - Xəbər

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə yeni rəis təyin edilib.

Ucnoqta.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov "APA-Economics"ə bildirib ki, nazir İnam Kərimovun imzaladığı əmrlə bu vəzifəyə Gəncə şəhər Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Bahandur Rzayev təyin edilib. 

Qeyd edək ki, buna qədər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini Azər Süleymanov icra edib.

Xəbər xətti