OPEC-in baş katibi: "Cənub Qaz Dəhlizi Azərbaycan prezidentinin yorulmaz fəaliyyətinin nəticəsidir"

10:37 - 29 May 2018 - Xəbər

"Cənub Qaz Dəhlizi Azərbaycan prezidentinin yorulmaz fəaliyyətinin nəticəsidir".

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo Cənub Qaz Dəhlizinin Səngəçalda keçirilən rəsmi açılış mərasimində çıxışında bildirib.
Baş katib deyib ki, bu nailiyyətlər neft-qaz şirkətləri ilə qurulmuş uğurlu əməkdaşlığın nəticəsidir: "Təbii qaz Cənub Qaz Dəhlizi ilə Avropaya çatdırılacaq  və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. İki ay əvvəl Azərbaycanda olmuşdum, prezident və energetika naziri ilə görüşmüşdüm. Dünya enerji bazarı ilə bağlı müzakirə apardıq. Biz Vyanada aparılan müzakirələrdə sizin tövsiyələrinizdən bəhrələnmişik. Əməkdaşlığımızın genişləndirilməsi üçün mümkün imkanları müzakirə etməyə hazırıq. OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlıq inkişaf etdirilməlidir. Dayanıqlı sabitlik haqqında düşünməliyik, bu, qlobal öhdəlikdir".

Xəbər xətti