Bakı Kristal Zalında Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

16:16 - 28 May 2018 - Xəbər

Bu gün Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert proqramı keçiriləcək. Ucnoqta.az xəbər verir ki, Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, konsert proqramında tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edəcək.   Konsert saat 20:00-dan etibarən Dənizkənarı Milli Park ərazisində – Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı meydançada quraşdırılımış böyük monitorda canlı yayımlanacaq. Saat 22:00-da isə möhtəşəm atəşfəşanlıq olacaq.

Xəbər xətti